ABŞ senatoru Lindsi Qrem ölümündən əvvəl ABŞ Prezidenti Donald Trampla son telefon danışığını edib.
İNFOAZ.MEDİA xəbər verir ki, axios nəşrinin məlumatına görə, tərəflər söhbət zamanı Ukraynadakı vəziyyəti, Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini və İrana qarşı mümkün yeni ABŞ zərbələrini müzakirə ediblər.
Məlumata əsasən, telefon danışığından sonra Qrem özünü yaxşı hiss etmədiyini bildirib, lakin bazar günü planlaşdırılan televiziya çıxışından sonra həkimə müraciət etməyi düşündüyünü deyib.
Senatorun zarafatla, “İndi ölə bilmərəm. Hələ Rusiyaya sanksiyalar məsələsini həll etməli, İran məsələsini yoluna qoymalı və İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşmasını təmin etməliyəm”, – dediyi bildirilir.
Lindsi Qrem bu danışıqdan bir neçə saat sonra vəfat edib.
Rauf
























