image-press-konferenciya-glavy-mid-rf-lavrova-v-ramkakh-antalskogo-diplomaticheskogo-forumabackend

Lavrov: “Kallasın açıqlamaları biabırçılıqdır”

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici siyasət rəhbərlərindən biri olan Kaya Kallas-ın Rusiya ilə bağlı açıqlamalarını sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, Lavrov Kallasın Rusiyanın son 100 ildə “19 müharibəyə başladığı” barədə sözlərinə münasibət bildirib və bu iddiaları qəbuledilməz adlandırıb.

“Kallas deyib ki, Rusiya son 100 ildə 19 müharibəyə başlayıb, Afrika ölkələri daxil deyil. Onu necə qəbul edirlər, bilmirəm. Bu, biabırçılıq və gülünc vəziyyətdir”, – deyə Lavrov bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki