İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməyə çalışdığı üçün İran və Livanı eyni çərçivədə dəyərləndirib və bu səbəbdən İsrailə Livan ərazisində “Hizbullah”a qarşı genişmiqyaslı zərbə endirmək imkanı verilməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Katz həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbərinə İsrailin Qəzza, Suriya və Livandakı təhlükəsizlik zonalarından geri çəkilməyəcəyini çatdırdığını deyib.
Nazirin sözlərinə görə, İranla qarşıdurma ya Prezident Donald Trampın danışıqların nəticəsiz qaldığı qənaətinə gəlməsindən, ya da İranın İsrailə hücum etməsindən sonra yenidən başlaya bilər.
Katz əlavə edib ki, İran İsrailə hücum edərsə, bu, İran üçün üçüncü müharibə olacaq.
Jalə
























