Mark Karnibackend

Kanada yeni patrul sualtı qayıqları üçün Almaniyanın TKMS şirkətini seçdi

Kanadanın Baş naziri Mark Karni ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və müttəfiqlər qarşısında öhdəliklərin yerinə yetirilməsi çərçivəsində yeni patrul sualtı qayıqları layihəsi ilə bağlı mühüm qərarı açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Karni bildirib ki, Kanada hökuməti patrul sualtı qayıqları proqramı üçün Almaniyanın TKMS (Thyssenkrupp Marine Systems) şirkətini üstünlük verilən təchizatçı kimi seçib.

Baş nazirin sözlərinə görə, bu qərar Kanadanın dəniz qüvvələrinin modernləşdirilməsi, ölkənin təhlükəsizliyinin gücləndirilməsi və NATO müttəfiqlərinə dəstək məqsədi daşıyır.

Yeni layihənin gələcək mərhələlərində TKMS ilə danışıqların aparılması və müqavilənin yekun şərtlərinin müəyyənləşdirilməsi gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki