image-hungary-israel-politics-diplomacybackend

İsrail müdafiə naziri: Livanda təhlükəsizlik zonasındakı ilk kəndlər tamamilə dağıdılıb

İsrailin müdafiə naziri İsrael Katz Livan ilə sərhəd bölgəsində yaradılmış təhlükəsizlik zonası ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Katz bildirib ki, İsrail tərəfi hazırda mülki əhalinin həmin ərazilərə geri qayıtmasına icazə vermir.

Onun sözlərinə görə, təhlükəsizlik zonasının daxilində yerləşən ilk kəndlər xətti tamamilə dağıdılıb.

“Biz mülki əhalinin geri qayıtmasına icazə vermirik. Bundan əlavə, təhlükəsizlik zonasının içərisində yerləşən ilk kəndlər xətti tamamilə məhv edilib. Bu prosesi yüz faiz tamamlamışıq”, – deyə o bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki