İranın Fars körfəzi regionunda yerləşən ABŞ hərbi obyektlərinə endirdiyi iddia olunan zərbələrin aşağı keyfiyyətli peyk görüntüləri yayılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasında yerləşən MQ-4C Triton pilotsuz uçuş aparatının anqarı məhv edilib.
Bundan başqa, Qətərdəki Əl-Udeyd aviabazasında bir anqarın zədələndiyi, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahındakı anbarlardan birinin zərbə aldığı bildirilir.
Həmçinin Küveytdə yerləşən və əvvəllər BMT tərəfindən istifadə olunmuş bazada yanğın baş verdiyi iddia olunur. İran həmin obyektin ABŞ tərəfindən HIMARS raket sistemləri ilə zərbələrin həyata keçirilməsi üçün istifadə edildiyini irəli sürür.
Rauf

























