Qətərin “Rəqayat” tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman marşrutu üzrə Hörmüz boğazından keçməyə cəhd edib.
Bu barədə İranın dövlət televiziyası mənbələrə istinadla məlumat yayıb.
“Qətərə məxsus “Əl-Raqayat” neft tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazında Oman marşrutu üzrə hərəkət etməyə cəhd edib. Gəmi dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadıqdan sonra hücum hədəfinə çevrilib”, – məlumatda deyilib.// Axar.az
























