İranbackend

İran ABŞ hərbi gəmilərinə xəbərdarlıq atəşi açdığını açıqlayıb

İran Hərbi Dəniz Qüvvələri Oman dənizində ABŞ-ın iki esminesinə qarşı xəbərdarlıq məqsədilə “Qadir” raketləri və “Şəhid Danaye” pilotsuz uçuş aparatlarından istifadə etdiyini bəyan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, İran tərəfinin iddiasına görə, USS Truxtun (DDG-103) və USS Mason (DDG-87) esminesləri insidentdən sonra Hind okeanı istiqamətində geri çəkiliblər. Tehran həmçinin ABŞ-ın amfibiya hücum gəmisi olan USS Tripoli-nin də ərazini tərk etməyə məcbur olduğunu iddia edib.

İran Hərbi Dəniz Qüvvələri ABŞ gəmilərinə xəbərdarlıq edərək bildirib ki, onların yenidən bölgəyə qayıtması halında daha uzaqmənzilli raketlərdən istifadə olunacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki