Emmanuel Makron Afrika ilə münasibətlər barədə açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Fransa prezidenti bildirib ki, ölkədə həm tam fransız, həm də mali, əlcəzairli və seneqallı kimliyinə sahib milyonlarla gənc yaşayır və bunun Afrika ilə birlikdə uğur qazanmaq üçün böyük imkan yaratdığını deyib.
Makron həmçinin Afrikada Fransaya qarşı formalaşdırılan narrativlərin xarici güclər tərəfindən təşviq edildiyini iddia edib. O, “ruslar və digərlərinin” XXI əsrin “əsl müstəmləkəçiləri” olduğunu söyləyib.
Fransa lideri Afrikanın gələcəyində tərəfdaşlıq və əməkdaşlığın vacibliyini vurğulayıb.
Rauf
























