Ərdoğanbackend

Ərdoğan: Türkiyə gəmiqayırma tarixinin ən parlaq dövrünü yaşayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hərbi gəmiqayırma sənayesi ilə bağlı açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə hazırda dəniz platformalarının istehsalı sahəsində tarixinin ən güclü mərhələlərindən birini yaşayır. Onun sözlərinə görə, ölkə bu günə qədər dünyanın müxtəlif ölkələrinə 140-dan çox hərbi dəniz platforması ixrac edib.

Türkiyə lideri əlavə edib ki, hazırda ölkənin gəmiqayırma müəssisələrində 50-dən çox hərbi gəminin inşası davam etdirilir.

Prezident qeyd edib ki, müdafiə sənayesi və yerli istehsal imkanlarının genişləndirilməsi ölkənin strateji inkişaf istiqamətləri arasında yer almağa davam edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki