İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə bağlı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi bildirib ki, İslamabad Memorandumunun şərtləri aydın şəkildə müəyyən edilib və sənəd ictimaiyyət üçün açıqdır.
İranlı nazir ABŞ prezidentinə işarə edərək, Vaşinqtonun İsraili nəzarətdə saxlamalı olduğunu iddia edib.
“ABŞ prezidenti özünü Təl-Əvivdəki müttəfiqlərini cilovlamağa öhdəlikli edib. Əgər onlar buna əməl etməsələr, İran onlara cavab verəcək”, — deyə o bildirib.
Əraqçi əlavə edib ki, İran xalqına və ölkə rəhbərliyinə qarşı hər hansı təhdid cavabsız qalmayacaq.
“Xalqımıza və rəhbərliyimizə qarşı istənilən təhdid dərhal və güclü cavabla qarşılanacaq”, — deyə İranın xarici işlər naziri vurğulayıb.
Jalə
























