Suriya Prezidenti Əhməd əl-Şaraa Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında Makronun Suriyaya səfərini davam etdirmək qərarını yüksək qiymətləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əl-Şaraa bildirib ki, partlayışlarla bağlı xəbərlər yayıldıqdan dərhal sonra Makron səfərin planlaşdırıldığı kimi davam edəcəyini açıqlayıb və buna görə Fransa Prezidentinə təşəkkür edib.
Suriya Prezidenti qeyd edib ki, bu gün Suriyanın əldə etdiyi uğurlardan narahat olan qüvvələr mövcuddur. Onun sözlərinə görə, bəzi dairələr ölkənin dağıntı və böhran vəziyyətində qalmasını istəyirdi və Suriyanın yenidən qurulması istiqamətində atdığı addımlar onları narahat edir.
Əl-Şaraa əlavə edib ki, hücumla bağlı istintaq davam edir və bu ağır cinayəti törədən şəxslərin yaxın vaxtlarda saxlanılacağına inanır.
Suriya Prezidenti vurğulayıb ki, baş verən hücum ölkənin yenidən qurulması istiqamətində dövlətin və onu dəstəkləyənlərin qətiyyətini daha da gücləndirib.
Rauf
























