Cənubi Koreyanın hazırladığı “Şahid” tipli kamikadze dronların ilk dəniz sınağı uğursuzluqla nəticələnib. ROKS Marado desant gəmisindən buraxılan iki prototip uçuşdan cəmi bir neçə saniyə sonra dənizə düşüb.
İNFOAZ.MEDİA xəbər verir ki, İlkin araşdırmaya görə, problem dronun özündə deyil, buraxılış qurğusunda yaranıb. Müdafiə İnkişaf Agentliyi (ADD) buraxılış borusunun qapağındakı uyğunsuzluğun təkan qüvvəsində balanssızlıq yaratdığını açıqlayıb.
Dronun quruda daha əvvəl təxminən 30 uğurlu sınaq uçuşu keçirdiyi bildirilir. Buna görə də mütəxəssislərin diqqəti əsasən gəmidən buraxılış sistemi üzərində cəmlənib. Proqramın dəyəri ilə bağlı da suallar yaranıb: yerli prototiplərin qiyməti təxminən 580 min dollar təşkil edir ki, bu da tipik “Şahid” dronlarından xeyli bahadır.
Jalə
























