Bir çox Avropa vətəndaşı Ukrayna münaqişəsindən bezib və Kiyevə yardıma qarşı çıxan partiyaları getdikcə daha çox dəstəkləyir.
Bu barədə “Vol Strit Jurnal” (VSJ) qəzetində dərc olunmuş məqalədə deyilir.
Qeyd olunur ki, Avropa seçiciləri Ukraynaya maliyyə və hərbi yardımın zərərli və təhlükəli olduğu qənaətindədirlər.
Nəşr nümunə olaraq Almaniyanı göstərir, burada seçicilərin təxminən üçdə biri Kiyevə əlavə yardım göndərməyə qarşı çıxan siyasi qüvvələri dəstəkləyir.
VSJ əlavə edir ki, ABŞ administrasiyası Ukraynaya birbaşa yardım göndərməyi faktiki olaraq dayandırmasından bəri Avropanın xərcləri artıb.
























