Boris Pistoriusbackend

Almaniyanın müdafiə naziri: ABŞ-dan asılılığı azaltmaq üçün bəzi sistemləri ölkə daxilində istehsal etmək istəyirik

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın müdafiə sənayesi istehsal imkanlarının məhdud olduğunu və bu potensialın təcili şəkildə genişləndirilməsinə ehtiyac duyulduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pistoriusun sözlərinə görə, bu səbəbdən Almaniya müəyyən müdafiə sistemlərini və ya onların komponentlərini ölkə daxilində istehsal etməyə böyük maraq göstərir.

Nazir qeyd edib ki, artıq bu istiqamətdə F-35 döyüş təyyarəsinin gövdəsinin istehsalı ilə bağlı nümunə mövcuddur və gələcəkdə həyata keçirilməsi planlaşdırılan digər layihələr də var.

O vurğulayıb ki, əsas məqsəd ABŞ ilə sıx əməkdaşlığı qoruyub saxlamaqla yanaşı, Almaniyanın daha böyük sənaye və müdafiə müstəqilliyinə nail olmasıdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki