ABŞ və Çin Donald Tramp ilə Si Cinpin arasında keçiriləcək sammitdə məhdud “idarə olunan ticarət” sazişi elan edə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər strateji əhəmiyyət daşımayan təxminən 30 milyard dollarlıq məhsula tətbiq olunan rüsumların qarşılıqlı şəkildə azaldılmasını müzakirə edir. Vaşinqtonun artıq Çinin iqtisadi modelini dəyişdirməkdən çox, ticarət balansı üzrə konkret hədəflərə fokuslandığı bildirilir.
Eyni zamanda, strateji texnologiyalarla bağlı məhdudiyyətlərin qüvvədə qalacağı qeyd olunur. Tarif güzəştlərinin əsasən ABŞ-ın enerji və kənd təsərrüfatı ixracını, eləcə də bəzi Çin istehlak mallarını əhatə edə biləcəyi vurğulanır.
Rauf
























