ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib. Vaşinqtonun bu addımı İranla müharibənin başlamasından altı ay sonra atdığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Misirin Banque Misr bankına qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Təklif qəbul edilərsə, bankın BƏƏ-dəki filiallarının ABŞ maliyyə institutlarına çıxışı məhdudlaşdırılacaq.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İranın Bank Mellisi ilə əlaqəli Honq-Konqda yerləşən bir qurumu və bir şəxsi də sanksiya siyahısına daxil edib.
Vaşinqtonun bu addımları İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq və Tehranla maliyyə əlaqələri saxlayan tərəflərə təzyiq göstərmək məqsədi daşıyır.
Jalə
























