Metyu Uitakerbackend

ABŞ-ın NATO-dakı səfiri: Türkiyə çox güclü müttəfiqdir

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Türkiyənin Alyans daxilində mühüm rol oynadığını və Vaşinqton üçün etibarlı tərəfdaş olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Türkiyədə gördüklərim və ölkə üzrə səfərlərim mənə göstərdi ki, Türkiyə çox bacarıqlı müttəfiqdir. O, Qərblə inteqrasiya olunub və yenidən, xüsusilə də həmin regionda əsas müttəfiqlərdən biri olmaq istəyir”, – deyə Uitaker bildirib.

Səfir əlavə edib ki, Türkiyə regiondakı digər münaqişələr zamanı da faydalı rol oynayıb və ABŞ bu strateji tərəfdaşlığı daha da gücləndirməlidir.

“Türkiyə regiondakı digər münaqişələrdə bizə çox kömək edib. Düşünürəm ki, ABŞ Türkiyə ilə münasibətlərini daha da inkişaf etdirməlidir”, – deyə Metyu Uitaker vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki