Avropa Birliyi Venesuelada baş verən dağıdıcı zəlzələ qurbanlarına dəstək üçün 5 milyon avro ayırıb.
Bu barədə Avropa Birliyinin (AB) diplomatiya rəhbəri Kaya Kallas özünün X sosial şəbəkəsində yazıb.
“AB artıq təsirlənmiş icmalara təcili yardım üçün 5 milyon avro ayırıb. Biz Avropa Mülki Müdafiə Mexanizmini aktivləşdirdik və bir neçə üzv dövlət axtarış-xilasetmə qruplarını, yanğınsöndürənləri və tibb işçilərini tez bir zamanda yerləşdirib.
Xilasedicilərə yardıma ən çox ehtiyac duyulan əraziləri tez bir zamanda müəyyən etməyə kömək edən AB-nin “Kopernik” peyk sistemi də dəstək verir”, – o vurğulayıb.
Qeyd edək ki, iyunun 25-i Venesuelanın şimalında 7,2 və 7,5 maqnitudalı iki ardıcıl yeraltı təkan baş verib. Nəticədə 1430 nəfər həyatını itirib. Ölkədə fövqəladə vəziyyət elan edilib.// Axar.az
























