Ukrayna Prezidenti Volodimir Zelenski Yevgeni Xmaranı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.
İNFOAZ.MEDİA xəbər verir ki, hüquqi prosedurlar başa çatdıqdan sonra Zelenski Xmaranın Ukraynanın növbəti müdafiə naziri kimi təsdiqlənməsi üçün namizədliyini Ali Radaya təqdim edəcək.
Qeyd edək ki, Yevgeni Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsini müvəqqəti icra edib.
Rauf
























