image-5384140658781657063backend

Zelenski: Müdafiə naziri ilə bağlı qərar hələ verilməyib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müdafiə naziri vəzifəsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Prezident jurnalistlərə açıqlamasında qeyd edib ki, bu axşam hakim “Xalqın Xidmətçisi” fraksiyasının iclası keçiriləcək və burada baş nazir postuna namizəd Sergey Koretski hökumət komandasını təqdim edəcək.

Zelenskinin sözlərinə görə, müdafiə naziri ilə bağlı qərar da hökumətin formalaşdırılması prosesi çərçivəsində müəyyənləşəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki