Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın Krım istiqamətində əldə etdiyi uğurlar Rusiya Prezidenti Vladimir Putinin ölkədəki vəziyyəti Rusiya cəmiyyətinə izah etməsini getdikcə çətinləşdirir.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın Krımda həyata keçirdiyi əməliyyatlar və əldə olunan nəticələr Rusiyanın hərbi vəziyyətinə təsir göstərir və bu, Kremlin daxili ictimai rəyə nəzarətini daha da mürəkkəbləşdirir.
Ukrayna Prezidenti əlavə edib ki, ölkəsi öz ərazilərini azad etmək istiqamətində əməliyyatları davam etdirəcək.
Jalə
























