Ukrayna Prezidenti Vladimir Zelenski uzun fasilədən sonra ilk dəfə ABŞ Prezidenti Donald Trampdan narazılığını açıq şəkildə ifadə edib. Yerli medianın məlumatına görə, bu, Kiyev rəhbərliyinin Davosda Trampla görüşməkdən imtina etməsi ilə bağlıdır.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski Oval Ofisdəki qalmaqaldan sonra Trampa qarşı sərt açıqlamalardan çəkinirdi. Lakin son bəyanatlarında o, Ağ Evin siyasətinə ehtiyatlı, lakin mənfi münasibət sərgiləyib və Trampdan məsafə saxlayıb.
Zelenski, Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına baxmayaraq, Danimarkanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb. Nəşrlər görüşün ləğvini Ukrayna–ABŞ danışıqlarında irəliləyişin olmaması və mümkün siyasi qarşıdurmadan yayınma ilə əlaqələndirirlər.
Jalə,
İNFOAZ.MEDİA
























