Böyük Britaniya husilərin PUA və raket hücumlarından sonra Səudiyyə Ərəbistanına “müdafiə məqsədli havada yanacaq doldurma” dəstəyi göstərəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir Endi Börnham bildirib ki, yaxın günlərdə başlanacaq dəstək çərçivəsində Kiprdəki RAF Akrotiri bazasından bir ədəd RAF Voyager təyyarəsi istifadə olunacaq.
Britaniya rəsmilərinin sözlərinə görə, missiya müvəqqəti xarakter daşıyacaq və ehtimal ki, bir neçə həftə davam edəcək.
Börnham bildirib ki, qərar Səudiyyə Ərəbistanının “hərbi dəstək” müraciətindən sonra qəbul edilib və məqsəd regional sabitliyi, eləcə də Britaniyanın maraqlarını qorumaqdır.
Rauf
























