image-images-42backend

Yunanıstanın müdafiə naziri ABŞ-a çağırış etdi: Avropanı üçüncü dəfə tərk etməyin

Yunanıstanın müdafiə naziri Nikos Dendias ABŞ-ın Avropadakı rolunun əhəmiyyətindən danışaraq Vaşinqtona çağırış edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Dendias bildirib ki, XX əsrdə ABŞ iki dəfə Avropadan uzaqlaşıb, lakin həm Birinci, həm də İkinci Dünya müharibələri zamanı yenidən qitəyə qayıtmağa məcbur olub.

“XX əsrdə ABŞ iki dəfə Avropanı tərk etdi və sonra həm Birinci Dünya müharibəsi, həm də İkinci Dünya müharibəsi zamanı geri qayıtdı. Buna görə də gəlin bunu üçüncü dəfə təkrarlamayaq”, – deyə o vurğulayıb.

Yunanıstanlı nazirin sözlərinə görə, ABŞ-ın Avropanın təhlükəsizliyində fəal iştirakını davam etdirməsi qitədə sabitliyin və təhlükəsizlik arxitekturasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki