Yunanıstanın baş naziri Kyriakos Mitsotakis Çinlə bağlı narahatlığını açıq şəkildə ifadə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, hazırda Çin qlobal ixrac gücünə çevrilib və dünya bazarlarını çox ucuz məhsullarla doldurur. Mitsotakisin sözlərinə görə, bu vəziyyət Avropa sənayesi üçün ciddi təhlükə yaradır.
Baş nazir vurğulayıb ki, ucuz idxal məhsullarının artması yerli istehsalçıların rəqabət qabiliyyətini zəiflədir və uzunmüddətli perspektivdə sənaye sektoruna mənfi təsir göstərə bilər.
Rauf
























