Yunanıstan və İsrail ölkənin çoxqatlı hava və raketdən müdafiə şəbəkəsi olan “Achilles’ Shield” (“Axilles Qalxanı”) layihəsi üzrə 3,1 milyard avro dəyərində saziş imzalamağa hazırlaşır. Sazişin bazar ertəsi Təl-Əvivdə imzalanması gözlənilir.
İNFOAZ.MEDİA xəbər verir ki, Layihə çərçivəsində İsrail istehsalı Spyder, Barak MX və David’s Sling sistemləri Yunanıstanın mövcud hava hücumundan müdafiə imkanları ilə vahid şəbəkədə birləşdiriləcək. Sistem pilotsuz uçuş aparatları, təyyarələr və ballistik raketlərə qarşı müdafiə üçün nəzərdə tutulub.
“Axilles Qalxanı”nın müqavilə qüvvəyə mindikdən sonra 35 ay ərzində mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır. Layihədə ən azı 25 faiz Yunanıstan sənayesinin iştirakı nəzərdə tutulur və 12 yunan şirkətinin işlərə cəlb olunacağı bildirilir.
Rauf
























