Yaponiyanın Baş naziri Sanae Takaiçi vəzifəyə başladıqdan sonra gecə cəmi 0–3 saat yatmağın onun üçün adi hala çevrildiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Takaiçi bildirib ki, son vaxtlar yalnız bir dəfə daha uzun müddət dincələ bilib. Onun sözlərinə görə, iyulun 20-də – üç günlük tətilin son günündə – “uzun müddətdən sonra ilk dəfə 5 saat yatmağa” nail olub.
Baş nazir iş qrafikinin son dərəcə intensiv olduğunu vurğulayaraq, vəzifəyə gəldiyi vaxtdan bəri yuxu rejiminin ciddi şəkildə dəyişdiyini qeyd edib.
Rauf
























