image-450866backend

Windows-da gizli funksiyalar aşkar edildi

Windows 11-də noutbuk batareyasının vəziyyətini yoxlamağa imkan verən gizli alət aşkar edilib.

Noutbuk batareyaları istehlak materialı hesab olunur və onların vəziyyəti vaxtaşırı yoxlanılmalıdır. Məlum olub ki, Microsoft-un əməliyyat sistemində batareyanın sağlamlıq səviyyəsini qiymətləndirməyə imkan verən xüsusi funksiya mövcuddur.

İNFOAZ.MEDİA xəbər verir ki, bu alətə daxil olmaq üçün istifadəçilərə aşağıdakı addımları yerinə yetirmək tövsiyə olunur:

Axtarış sətrinə PowerShell yazıb Enter düyməsini basmaq, daha sonra açılan qara pəncərədə
powercfg /batteryreport /output "C:\battery-report.html"
əmrini daxil edib yenidən Enter düyməsini sıxmaq lazımdır.

Nəticədə cihazın batareyası ilə bağlı ətraflı məlumatları əks etdirən HTML formatlı hesabat sistem diskinə — adətən C: diskində — saxlanılır.

Bu gizli alətdə batareyanın adı, kimyəvi tərkibi, mövcud istismar dövrü, eləcə də son doldurma göstəriciləri yer alır və batareyanın sağlamlıq vəziyyətini vaxtında bilmək onun sıradan çıxmasını öncədən proqnozlaşdırmağa və zərurət yaranarsa, dərhal dəyişdirilməsinə kömək edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki