image-17707903822144857550_1200x630backend

Vensin Şəhidlər xiyabanını ziyarət etməsi bunun ifadəsidir

Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və ikinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.

İNFOAZ.MEDİA xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında paylaşımda qeyd edilib.

“Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı”, – paylaşımda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki