ABŞ vitse-prezidenti JD Vens UnHerd-ə müsahibəsində Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Vens bildirib ki, İsrail və regiondakı bütün ölkələrin özünümüdafiə hüququ var. Bununla yanaşı, ABŞ-ın məqsədinin bu hüququ qorumaqla yanaşı, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olduğunu qeyd edib.
O, həmçinin maraqlı diplomatik prosesə diqqət çəkərək deyib ki, BƏƏ — Körfəz Əməkdaşlıq Şurasında İsrailə ən yaxın mövqe tutan ölkə kimi — Iran ilə əvvəllər görünməmiş səviyyədə danışıqlar aparır.
Vensin sözlərinə görə, bu təmaslara hətta SEPAH ilə iqtisadi təşviqlər və mümkün əməkdaşlıq mövzuları üzrə müzakirələr də daxildir.
Rauf
























