Qazaxıstan hökuməti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə qeydiyyatını qadağan edən qanun layihələrini nəzərdən keçirir.Artıq ictimai müzakirəyə çıxarılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, qadağanın tətbiqi üçün xüsusi yaş yoxlama mexanizmlərinin yaradılması planlaşdırılır. Bu mexanizmlər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanacaq.
Qanun pozuntularına görə müvafiq cəzaların tətbiqi nəzərdə tutulur.
Jalə,
İNFOAZ.MEDİA
























