UNICEF bildirib ki, ötən həftə Ukraynanın müxtəlif bölgələrinə edilən hücumlar nəticəsində 2 uşaq həlak olub, azı 50 uşaq isə yaralanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, təşkilatın məlumatına görə, iyulun 19-da Kiyev yaxınlığında UNICEF-in müqaviləli tərəfdaşına məxsus humanitar anbar ciddi ziyan görüb. Hücum nəticəsində müharibədən zərər çəkmiş ailələr üçün nəzərdə tutulan ümumi dəyəri 3,9 milyon dollar olan 106 mindən çox humanitar yardım vasitəsi məhv edilib.
Dağıdılan yardımlar arasında generatorlar, su təchizatı vasitələri və gigiyena dəstləri də olub. UNICEF baş verənlərin müharibədən əziyyət çəkən mülki əhaliyə göstərilən humanitar dəstəyə ciddi zərbə vurduğunu vurğulayıb.
Jalə
























