Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) “Alpha” xüsusi təyinatlı bölməsi Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün MICH 2000 uzunmənzilli hücum dronlarından istifadə edir.
İNFOAZ.MEDİA xəbər verir ki, MICH 2000-in müxtəlif versiyalarının uçuş məsafəsinin 600–2 000 kilometrə çatdığı, əsas versiyanın qiymətinin təxminən 48 min dollar olduğu və komponentlərin təxminən 85 faizinin Ukraynada istehsal edildiyi bildirilir.
Məlumata görə, dronun hazırlanmasında Çinin ZTK 150/Z150 platformasından istifadə olunub. 2024-cü ilin sonlarından etibarən bu tip dronlardan minlərlə ədəd buraxıldığı bildirilir. MICH 2000-in təsdiqlənmiş zərbələri arasında Rusiyanın Engels-2 aviabazasında yerləşən Tu-95MS strateji bombardmançısına hücum da göstərilir.
Hazırda MICH 2000 istehsal gücünün ildə təxminən 6 000 ədədə çatdığı bildirilir.
Jalə
























