Ukraynanın xarici işlər naziri Andriy Sibiha Ankaranı qlobal diplomatiyanın əsas mərkəzlərindən biri adlandırıb və Türkiyənin Rusiya-Ukrayna müharibəsinin diplomatik həllində mühüm rol oynadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ukrayna XİN başçısı: Zelenski-Putin görüşü Türkiyədə keçirilə bilərSibiha qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalının ilk mərhələsində taxıl dəhlizinin yaradılmasında Ankara olduqca əhəmiyyətli rol oynayıb.
Nazirin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün keçiriləcəyi əsas platformalardan biri də Türkiyə ola bilər.
“Biz bunu dəstəkləyirik və belə yüksək səviyyəli təşkilati missiyanı üzərinə götürməyə hazır olduğuna görə Türkiyə tərəfinə minnətdarıq”, – deyə Andriy Sibiha bildirib.
























