Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Qərbi Sibirdə yerləşən Tümen vilayətində sənaye obyektinə zərbə endirdiyi bildirilir. Zərbə nəticəsində obyektdə yanğın baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ukraynanın OSINT monitorları hədəfin Tümen Neft Emalı Zavodu, keçmiş Antipinski Neft Emalı Zavodu olduğunu müəyyənləşdirib. Zavodun iyun və iyulun sonlarında da hücuma məruz qaldığı bildirilir.
Məlumata görə, zavod Ukrayna sərhədindən 2 000 kilometrdən çox məsafədə, Qərbi Sibirin dərinliklərində yerləşir.
Tümen Neft Emalı Zavodu Rusiyanın iri müstəqil neft emalı müəssisələrindən biri hesab olunur. Zavodun illik emal gücünün təxminən 7,5–9 milyon ton olduğu və əsasən Qərbi Sibir və Ural bölgələrini benzin və dizellə təmin etdiyi bildirilir.
Rauf
























