Ukrayna Silahlı Qüvvələri avqustun 11-dən 12-nə keçən gecə Rusiyanın Qara dənizdəki əsas hərbi-dəniz bazası və mühüm ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına genişmiqyaslı koordinasiyalı hücum həyata keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, əməliyyatda 15-dən çox yerli istehsal silah sistemi — müxtəlif raketlər, reaktiv dronlar və dəniz dronlarından istifadə olunub. Hücum nəticəsində Rusiyanın “Admiral Makarov” və “Admiral Essen” freqatlarının, eləcə də bir sıra digər hərbi gəmilərin zədələndiyi bildirilir. Hər iki freqat “Kalibr” qanadlı raketləri daşımaq qabiliyyətinə malikdir.
Hücumun hədəfləri arasında taxıl terminalları və limanın ixrac infrastrukturu da olub. Reuters-in məlumatına görə, zərbələrdən sonra Novorossiyskdəki əsas taxıl terminallarının fəaliyyəti dayandırılıb.
İlkin məlumatlara əsasən, heç bir gəmi batırılmayıb. Lakin hərbi gəmilərə dəyən zərbələrin Rusiyanın Qara dəniz donanmasının imkanlarını əhəmiyyətli dərəcədə zəiflədə biləcəyi və Novorossiysk kimi mühüm ixrac mərkəzinin fəaliyyətinə təsir göstərə biləcəyi bildirilir.
Jalə
























