UEFA Çempionlar Liqasında “Benfika” – “Real Madrid” oyununda braziliyalı hücumçu Vinisius Juniora qarşı irqçi ifadə iddiası ilə bağlı intizam araşdırmasına başlayacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, təhqirin mahiyyətini dəqiq müəyyənləşdirmək çətin olacaq və sübut tapılmasa, heç bir sanksiya tətbiq olunmayacaq.
Hadisə 17 fevralda, Vinisiusun matçın 50-ci dəqiqəsində vurduğu qoldan sonra baş verib. Futbolçu “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestianninin irqçi ifadə işlətdiyini bildirərək baş hakim Francois Letexierə müraciət edib. Hakim oyunu 10 dəqiqə dayandırıb və tərəflərə xəbərdarlıq etdikdən sonra qarşılaşma davam etdirilib.
Gərginliyə baxmayaraq, matç 0:1 hesabı ilə “Real Madrid”in xeyrinə başa çatıb və qələbə qolunu da Vinisius vurub. Məlumata görə, komandanın digər hücumçusu Kylian Mbappenin də ifadə vermək üçün çağırılacağı gözlənilir.
Jalə
























