image-6a49f6e2c994e6a49f6e2c994f17832322266a49f6e2c994b6a49f6e2c994c-768x403backend

Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb

Türkiyədə Zonquldağda Qara dəniz sahilində pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Bu barədə “İhlas” agentliyi məlumat yayıb.

Polis PUA-nın aşkarlandığı Çaycuma rayonunun Filyos qəsəbəsində Qara dəniz sahilində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb.

Hərbi təyinatlı olduğu ehtimal edilən PUA ilə əlaqədar aparılacaq texniki ekspertizadan sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki