image-752x395-siirtte-ogrenci-servisi-minibusu-ile-otomobil-carpisti-6-yarali-1771939709661backend

Türkiyədə ağır qəza – Maşın avtobusla toqquşdu

Türkiyənin Siirt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki,qəza günorta saatlarında Siirtin Pervari–Beğendik qəsəbəsi istiqamətində yerləşən avtomobil yolunda qeydə alınıb. Cəlal T.-nin idarə etdiyi şagird daşıyan servis mikroavtobusu ilə sürücüsünün kimliyi hələlik məlum olmayan minik avtomobili üz-üzə toqquşub.

Toqquşmanın gücündən servis mikroavtobusu idarəetmədən çıxaraq yol kənarındakı istinad divarına çırpılıb və orada dayanıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və servisdə olan 4 şagird olmaqla ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirildikləri bildirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu qeyd olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Emin


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki