Türkiyə XİNbackend

Türkiyə XİN: İsrail rəsmilərinin iddiaları dezinformasiya kampaniyasının tərkib hissəsidir

Türkiyə Xarici İşlər Nazirliyi son günlər İsrail rəsmiləri tərəfindən səsləndirilən ittihamlara münasibət bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin bəyanatında qeyd olunub ki, son günlər İsrail rəsmilərinin koordinasiyalı və qəsdən yaydıqları əsassız iddialar dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Bəyanatda vurğulanıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ətrafı ünvanlarına səsləndirilən tənqidləri qəsdən təhrif edir və sistemli təbliğat vasitəsilə gündəmi dəyişməyə çalışırlar.

Türkiyə XİN-in fikrincə, bu cəhdlər artıq beynəlxalq ictimaiyyəti inandıra bilmir və Netanyahu hökumətinin Qəzzada həyata keçirdiyi “soyqırımı”, bölgədəki işğal və ilhaq siyasətini, eləcə də sabitliyi pozan fəaliyyətlərini gizlətmək mümkün olmayıb.

Nazirlik bəyan edib ki, Türkiyənin məqsədi regiondakı bütün dövlətlərin və xalqların sülh, sabitlik və rifah şəraitində yaşamasıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki