image-5969648471931293466backend

Trump Media “Truth API” üçün aylıq 100 min dollar tələb edə bilər

ABŞ Prezidenti Donald Trampın media şirkəti “Trump Media” yeni istifadəyə veriləcək Truth API xidmətinə çıxış üçün müştərilərdən aylıq 100 min dollara qədər ödəniş tələb edə biləcəyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Bildirilib ki, Truth API istifadəçilərə Donald Trampın Truth Social platformasında etdiyi paylaşımları ictimaiyyətə görünməzdən cəmi millisaniyələr əvvəl əldə etmək imkanı verəcək.

Məlumata görə, bu xidmət əsasən maliyyə şirkətləri, media qurumları və yüksək sürətli məlumat axınına ehtiyac duyan peşəkar müştərilər üçün nəzərdə tutulub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki