Meksika ABŞ-ın tarif təhdidlərindən sonra Kubaya neft tədarükünü müvəqqəti dayandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, qərar Meksika iqtisadiyyatına mümkün mənfi təsirlərin qarşısını almaq məqsədi daşıyır və Vaşinqtonun Kubaya yanacaq tədarük edən ölkələrə tarif tətbiq etmək niyyəti ilə bağlıdır. Bununla yanaşı, Meksika hakimiyyəti sanksiyaları pozmadan Kubaya dəstək yollarını araşdırır.
Şeynbaum bildirib ki, Meksika Kubaya humanitar yardımı davam etdirəcək və ABŞ-ı sanksiya siyasətini yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, məhdudiyyətlər adanın sosial sahəsinə ciddi təsir göstərir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 2-də Meksika və Kanadadan idxal olunan mallara 25%, Çin məhsullarına isə 10% tarif tətbiq edib.
Rauf
























