image-6046265126509285454backend

Trampın Air Force One-dan gizli çıxarılmasının yeni detalları: Yalnız üç yaxın köməkçisi onunla olub

ABŞ Prezidenti Donald Trampın Ankaradan Air Force One təyyarəsindən gizli şəkildə çıxarılmasının yeni detalları üzə çıxıb.

İNFOAZ.MEDİA xəbər verir ki, “Washington Post”un məlumatına görə, Trampın uzun illərdir ən yaxın köməkçilərindən olan Dan Skavino, Natali Harp və Uolt Nauta bu gizli keçid zamanı onunla birlikdə olublar. Kabinet üzvlərindən isə heç biri Trampı müşayiət etməyib.

Məlumata görə, İrandan mümkün sui-qəsd təhdidi fonunda Tramp təyyarəni hava limanında istifadə olunan iaşə yük maşını vasitəsilə tərk edib.

Daha sonra Tramp və üç köməkçisi gizli şəkildə daha kiçik C-32A təyyarəsinə keçirilib və Böyük Britaniyaya uçublar.

Bu vaxt yüksək vəzifəli rəsmilər, jurnalistlər və digər şəxslər əvvəlki Air Force One təyyarəsində qalıblar. Təyyarənin diqqəti yayındırmaq və əsas təyyarənin hərəkətini gizlətmək məqsədilə “aldadıcı” vasitə kimi istifadə edildiyi bildirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki