trampbackend

Trampdan zarafat: “Ən ağır prezident rekordunu qırmaq istəmirəm”

ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı ABŞ-nin 27-ci prezidenti Uilyam Taft barədə zarafatla diqqət çəkən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, Taft ABŞ tarixinin ən ağır prezidenti olub və bu rekordu keçmək istəmədiyini deyib.

“Uilyam Taft böyük adam idi, çox böyük idi. O, bizim ən ağır prezidentimiz olub. Mən də diqqətli olmalıyam, çünki onun rekordunu qırmaq istəmirəm. İcazə versəm, bu baş verə bilər”, – deyə Tramp bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki