ABŞ prezidenti Donald Tramp bildirib ki, Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi və zərbə qrupunun göndərilməsi ehtimalı nəzərdən keçirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, bölgəyə artıq bir hərbi armada yola salınıb və əlavə bir zərbə qrupunun da yerləşdirilməsi mümkündür.
Qeyd olunur ki, bölgədə “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin və digər hərbi gəmilərin mövcudluğu, eləcə də qırıcı təyyarələrin sayının artırılması ABŞ-ın İrana qarşı kifayət qədər hərbi gücə malik olduğunu göstərir.
Rauf
























