ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana dəstək verdiyi, bundan sonra isə Səudiyyə qüvvələrinin Yəməndə husilərə məxsus hədəflərə zərbələr endirdiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, əməliyyat Səudiyyə Ərəbistanının İran təyyarəsinin husilərə silah və hərbi personal daşıdığına dair narahatlıqlarından sonra həyata keçirilib. Zərbələrin əsas hədəflərindən biri Səna hava limanı olub.
Husilər isə buna cavab olaraq Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil ediblər.
Rauf
























