ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qrem təşəbbüsü ilə hazırlanmış Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsini dəstəkləmək qərarına gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, Lindsi Qremin ölümündən sonra açıqlanan bu qərarın qanun layihəsinin Konqresdən keçməsini asanlaşdıracağı gözlənilir.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Trampa Rusiya nefti, təbii qazı və uranını almağa davam edən ölkələrə yüksək gömrük rüsumları tətbiq etmək səlahiyyəti veriləcək. Bununla da Moskvanın Ukraynaya qarşı müharibəsi fonunda Rusiyaya iqtisadi təzyiqin artırılması hədəflənir.
Senatda həm Respublikaçılar, həm də Demokratlar partiyasının liderləri bildiriblər ki, qanun layihəsinin qəbul edilməsi Lindsi Qremin irsinə ehtiramın ifadəsi olacaq. Hazırda qanun layihəsinin Senatda səsverməyə çıxarılması üçün son prosedurlar həyata keçirilir.
Jalə
























