ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı ölkənin sabiq prezidenti Riçard Nikson haqqında diqqət çəkən açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, Nikson uzun müddət prezident postunda qalmaq uğrunda mübarizə aparıb, çünki bir çox insan onu çətin vəziyyətə salıb. O, eyni zamanda Niksonun öz hərəkətlərinin də bu vəziyyətə səbəb olduğunu qeyd edib.
“Nikson vəzifədə qalmaq üçün uzun müddət mübarizə apardı. Çünki bir çox insan onu problemə saldı. Düşünürəm ki, o, özü də özünü problemə saldı”, – deyə Tramp bildirib.
Jalə
























