image-tramp-netanyahubackend

Tramp Netanyahuya Suriya və Livandan qoşunları geri çəkməyi tövsiyə edib

ABŞ Prezidenti Donald Tramp ötən cümə axşamı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İsrailə Suriyadakı qüvvələrini çıxarmağa və Livanın cənubundakı bəzi mövqelərdən geri çəkilməyə çağırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Axios-un ABŞ və İsrail rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp İsrail ordusunun Suriyadakı mövcudluğunun gərginliyi artırdığını və vəziyyətin daha da eskalasiya olunması riskini yaratdığını bildirib.

“Onlar sizi orada istəmirlər. Qoşunlarınızı geri çəkməlisiniz”, – Trampın Netanyahuya dediyi bildirilir.

Məlumata görə, Tramp Livanın cənubu ilə bağlı da oxşar çağırış edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki